Son əlavə olunanlar

Təbiət

Buluddan şlyapası olan ada - Litla-Dimun

Atlantik Okeanın şimal hissəsində Şotlandiya və İslandiya arasında yerləşən, Farer adalarının mərkəzində olan Litla–Dimun bütün dünyada təpəsindəki buludla tanınır. Yaz–qış, hər fəsildə mütləq Litla–Dimun adasının başında bir bulud olur. 

Dünyanın ən qeyri-adi və maraqlı heyvanları

Yarpağabənzər dəniz əjdahası - Bu canlı dəniz atının qohumlarından hesab edilir. Avstraliyanın cənub və qərb sahillərinin sakit sularında yaşayır. Onun başı və bədən üzvləri ağac yarpağını xatırladır və bunun sayəsində də özünü maskalayaraq gizlədə bilir. Üzmək üçün qarın və quyruq hissəsində yerləşən üzgəclərdən yararlanır. Onun üzgəcləri tamamilə şəffafdır. 45 santimetrə qədər böyüyə bilir. Yarpağabənzər dəniz əjdahası Cənubi Avstraliyanın simvolu və rəsmi emblemi sayılır.

Uçan balıq

Tropik sulara daxil olan adamı birinci olaraq uçan balıqlar qarşılayır.  

Planetimizin Böyük Səhrası - Saxara

Böyük Səhra və ya Saxara Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik ərazisidir. Sahəsi 9,4 milyon kv.km-dir. Başqa sözlə desək, təxminən Çin və ABŞ-ın ərazisinə bərabərdir. Səhra qərbdən Atlantik okeanı, şimaldan Aralıq dənizi və Atlas dağları, şərqdən Qırmızı dəniz, cənubdan isə Sudan və Niger çayının vadisi ilə sərhədlənir. 

“S” şəkilli 400 şam ağacından ibarət dünyanın ən qəribə meşəsi

Polşada yerləşən və 400-ə yaxın şam ağaclarından ibarət bu meşə “Bükülü Meşə” olaraq da tanınır. Bura haqqında Avropadakı ən qəribə yerlərdən biri deyə bilərik, çünki aşağıda görəcəyiniz kimi ağacların gövdələri torpağın üstündə bir “S” şəkli çəkərək yüksəlir. 

Öz-özünə yaranan dünyanın ən böyük çiçəyi: Raffleziya Arnoldi

Malay arxipelaqında yerləşən ekzotik Sumatra, Kalimantane və Yava adalarında əsl təbiət möcüzəsini görmək olar.