Son əlavə olunanlar

Bu maraqlıdır!

İnternet şəbəkəsi üzərindən məlumatlar necə ötürülür

Təsəvvür edin ki, siz digər şəhərdə və ya digər dövlətdə yaşayan dostunuza zəng etmək istəyirsiniz. Telefonun dəstəyini qaldırırsınız, nömrəni yığıb sizə nə vaxt cavab veriləcəyini gözləyirsiniz. Sizinlə dostunuz arasında birbaşa telefon əlaqəsi qurulur.   

Eelektron poçt nədir?

İnternetin köməyi ilə sürətlə informasiya mübadiləsi aparmaq olar. Onun əsas mahiyyəti də elə bundan ibarətdir. İnternetdə yerləşdirilən informasiya əsas etibarilə hamı üçün nəzərdə tutulub.  Ümumdünya Hörümçək Torunun səhifələri bir-birindən maraqlı məlumatlarla doludur. Amma internet vasitəsilə şəxsi informasiya da ötürülür. Onu elektron poçt, yəni E-mail çatdırır.   

İnsanlar suyun altında necə nəfəs alır?

İnsanlar qədim dövrlərdən bu yana heç bir qurğuya malik olmadan dəniz və okeanların dərinliyinə daxil olmağa çalışıblar. Suya baş vurmanın uğuru yalnız ağciyərlərin gücündən asılı idi. Bu imkanlar hətta peşəkar dalğıclarda belə xeyli məhduddur. Su havadan, demək olar ki, 800 dəfə ağırdır. Suya baş vurarkən insan əlavə təzyiqə məruz qalır və bu, dərinlikdən asılı olaraq tədricən artır. Suyun döş qəfəsinə təzyiqi nəticəsində nəfəs almaq çətinləşir. Dənizin dərinliyini fəth edərkən insan nəfəsini saxlamaq bacarığını inkişaf etdirir.

Teleskopda nə görünür?

Uzaqda yerləşən obyekti görmək üçün, onu gözə yaxınlaşdırmaq lazımdır. Bəs ulduzları necə yaxınlaşdıraq? Əgər suya daş atsaq, onun kənarlarında dairələr yayılacaq. İşıq da dalğalar kimi hərəkət edir, lakin tezliyi yüksək olduğu üçün gözlə görünmür. Səs də bu şəkildə yayılır. Gözlərimizin görə, qulaqlarımızın isə eşidə bilmədiyi görünməz dalğalar da mövcuddur. Onlar uzaq ulduzlardan gəlir. Alımlər kosmosu tədqiq  etmək üçün kosmik dalğaların dilini “tərcümə” edən qurğular icad ediblər. Bu, teleskopdur. 

Nəyə görə “ərəb” rəqəmləri əslində “Hindistan” rəqəmləridir?

Qədim zamanlarda rəqəmlər çubuqlarla işarə olunurdu. Bir çubuq vahidi, iki çubuq 2 rəqəmini və sairə ifadə edir. Bu üsul indi də “rum rəqəmlərində” öz şəklini saxlayıb. Biz Qədim Roma sistemindən yubiley tarixlərini, kitablarda fəsilləri və başqa rəqəmləri yazarkən istifadə edirik. Böyük sayları təsvir etmək üçün bu üsul yararsız idi, buna görə də insanlar 5, 10 və başqa rəqəmlər üçün işarələr fikirləşməyə məcbur olublar. Müxtəlif xalqlarda rəqəmlər müxtəlif şəkillərdə işarə edilirdi. Nömrələr sistemi - böyük sayları ifadə etmək üçün rəqəmlər birləşməsi də biri-birindən fərqlənirdi.

Nəyə görə gecə ilə gündüz yerini dəyişir?

Gecə gündüzü, gündüz isə gecəni əvəz edir. Biz buna alışmışıq və günəşin gecə hara gizləndiyi haqda düşünmürük. Bizə elə gəlir ki, o, göyün üzü ilə hərəkət edir – gündüz çıxır, gecə ilsə üfüqdə batır. Bəs bizim planetdə gəcə ilə gündüz niyə yerini dəyişir?