Son əlavə olunanlar

Bilirsinizmi ki...

Rembrandt Harmens van Reyn (1606-1669)

Böyük holland rəssamı Rembrandt Leyden şəhərində dəyirmançı ailəsində dünyaya gəlib. O, rəssam kimi ilk addımlarını doğma şəhərində atıb. Buna görə də Rembrandt yaradıcılığının erkən dövrünü Leyden dövrü adlandırırlar. O, üç il ərzində yerli rəssam Yakob van Svanenburqun, daha sonra Amsterdamda tarixi mövzularda əsərlər yaradan Piter Lastmanın yanında şagirdlik edib.   

Sandro Bottiçelli (1445-1510)

İntibah dövrünün nümayəndəsi olan bu  florensiyalı rəssamın əsl adı Alessandro Filipepidir. O, varlı dabbağın ailəsində anadan olub və öz dövrü üçün yaxşı təhsil alıb. Hələ uşaq ikən rəssamlığa meyil edib. On beş yaşında tanınmış florensiyalı heykəltəraş Andrey Verokkionun emalatxanasında işləməyə başlayıb, 1470-ci ildə isə öz emalatxanasını açıb.   

Sergey Prokofyev (1891-1953)

Peterburq Konservatoriyasında qəbul imtahanı öz axarı ilə gedirdi. Bu il imtahanı məşhur bəstəkar Nikolay Andreyeviç Rimski-Korsakov götürürdü. Birdən auditoriyaya qəribə abituriyent daxil oldu. Üzdən ona 12 yaş vermək olardı. O, qucağındakı içi dolu iki qovluğun ağırlığına sözün həqiqi mənasında çətinliklə davam gətirirdi. 

Dmitri Şostakoviç (1906-1975)

Dmitri Dmitriyeviç Şostakoviç — görkəmli sovet-rus bəstəkarı, pianoçusu, pedaqoqu və ictimai xadimi, XX əsrin ən böyük bəstəkarlarından biridir.   

Nobel qardaşları

Bakıda ilk xarici firmanın əsasını İsveçin məşhur mühəndis və ixtiraçı ailəsindən olan Nobel qardaşları qoyub. Ataları Emmanuel Nobel 1843-cü ildə İsveçdən Rusiyaya köçür. O, Peterburq şəhərində mexanika zavodu alaraq silah istehsalına başlayır. Onun hazırladığı sualtı minalar Krım müharibəsi zamanı Peterburqda və Kronştadda İngiltərənin hərbi gəmilərinə qarşı istifadə olunur. 

Federiko Fellini necə rejissor oldu?

Federiko Fellini İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini kurort şəhərciyində anadan olub. Federiko məktəbdə çalışqan şagird sayılsa da, onu yalnız yaradıcılıq aləmi cəlb edirdi. Fərqi yox idi: o, həm mahir rəssam, həm də, məsələn, kukla teatrının aktyoru ola bilərdi.