Son əlavə olunanlar

Nağıllar, hekayələr

Pəri Qasımzadə. "Alpərin dostları"

Günəş şüalarıyla  Alpərin yanaqlarını sığallayir, kipriklərini oynadırdi ki, onu yuxudan oyatsin.

Qızıl və ilan

Səfər adlı yoxsul bir kişi var idi. Səfər kişinin bir oğlu, bir arvadı var idi. Bir də var-dövlətdən bir inəyi var idi. Səfər kişinin peşəsi çöldən biyan çıxardıb satıb külfətini dolandırmaq idi. Səfər kişi bir gün yenə çölə biyan çıxartmağa getmişdi. Çöldə biyan qazanda, gördü biyanın dibində bir qızıl ilan yatır.   

Ən güclü kimdir? (nağıl)

Keçmiş zamanlarda bir daşyonan yaşayırdı. Səhərdən-axşama kimi dağın ətəyindəki daş karxanasında işləyir, alnının təri ilə dolanırdı. Bir gün küçədə öz nökərlərinin əhatəsində, yaraşıqlı atın belində gəzən bir tacir gördü.    

Ziya Alar. "Arzu gəmisi" (hekayə)

Atası onları qoyub gedəndə o beşikdə mışıl-mışıl yatırdı və dünyadan xəbərsiz olduğu üçün xoşbəxt idi.  Ağlı kəsəndə hamı kimi o da atasını tanımaq istədi. Anasından soruşdu. Anası xəritəni yerə sərib oğluna Qazaxıstanı göstərdi.

Ziya Alar. "Tapança sevdası" (hekayə)

Anaların ən böyük kədəri də övladları ilə bağlı olur. Mən bunu Dönüşün anasında  gördüm. Həmin gün o pəncərənin yanında oturub kürəyini divara söykəmiş, qəmgin-qəmgin düşüncəyə dalmışdı. Məktəbdən qayıdan Dönüş anasını qayğılı görəndə çantasını kənara tullayıb ona yaxınlaşdı.  Adəti üzrə anasının dizləri üstündə oturub başını onun sinəsinə dayadı.

"Yoxsul qoca və vəzir". Səsli nağıl

Biri var idi, biri yox idi... Bir qoca kişi var idi. Bu qoca kişinin bircə sözü var idi - kimi görsə, deyərdi: “Yaxşılara yaxşılıq elə, pislərə öz pislikləri kifayətdir”...