Son əlavə olunanlar

Bayatılar

Sayaçı sözlər

Səlam-əleyk say bəylər, Bir-birindən yey bəylər! Saya gəldi gördünüz, Salam verdi aldınız Alnı təpəl qoç quzu Sayaçıya verdiniz.    

Sarı Aşıq. Bayatılar

Aşıq bir buğda gördü, Buğdanı dağda gördü, Gözəli Çanaqlıda, İgidi Tuğda gördü.

Vətən, qürbət haqqında bayatılar

 Yağı gəldi yanıma,   Susamışdı qanıma,   Döndüm qürbət ellərdən,   Qüvvət gəldi canıma. 

Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq — haqqında bayatılar

El batır qəm dəryada,  Kimə gedim mən dada?  İgid göyüşdə ölsə,  Adı qalar dünyada. 

Oxşamalar

Dağda darılar, Sünbül sarılar, Qoca qarılar Bu balama qurban.  

Nəsihətamiz bayatılar

Əziziyəm bu dağa, Bu qayaya, bu dağa. Məxmər çul nə yaraşır Bir palanlı uşağa.