Son əlavə olunanlar

Dastanlar

“Koroğlunun Türkman səfəri” qolu

Deyirlər Koroğlunun oğlu yox idi. Nigar xanımı almışdısa da, amma övladı olmamışdı. Bu səbəbdən Nigar xanım çox qəmli idi. Koroğlu da ona baxıb kədərlənirdi. Aşıq Cünunun işi belə görüb dedi: – Ay qoç Koroğlu, elə buna görə məlulsan? Sənin mənim kimi aşığın var. Dünya mənim ayağımın altında sini kimidi. Gedərəm, hər yanı gəzərəm, axtararam, bir Rüstəm kimi igid, Yusif kimi gözəl oğlan taparam, gəlib sənə xəbər verərəm, gətirib özünə oğul eləyərsən. Aşıq Cünunun bu məsləhətinə Koroğlu, dəlilər, xanımlar, hamısı razı oldu.   

Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy

Deyilәnə görә, xanım, Trabzon tәkürü bәylәr bәyi olan Qazan xana bir şaһin göndərmişdi. Bir gecə yeyib –içib oturarkən şaһinçibaşıya dedi; «Әyә, sabaһ şaһinlәri götür, xәlvәtçә ova çıxaq!» Sәһәr erkәn atlara minib, ov yerinә getdilәr. Bir sürü qaz gördülәr, Qazan şaһini buraxdı, qazları ovlaya bilmәdi. Şaһin uçub göyә qalxdı.

"Durna teli" qolu

Eyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi.

"Uşun qoca oğlu Səyrək" boyu

Oğuzların zamanında Uşun qoca deyilən bir kişi vardı. Övladdan iki oğlu vardı. Böyük oğlunun adı Әyrәk idi. Pəһlәvan, cәsur yaxşı bir igid idi, һaçan istәsə, Bayındır xanın divanına gedib-gәlirdi.

“Bəkil oğlu İmran” boyu

Bayındır xan yerindәn durmuşdu. Yüksәk evini qara yer üzәrindә ucaltmışdı.Hündür alaçığı göy üzünә dirәnmişdi. Min yerdә ipәk xalçalar döşәtdirmişdi. İç Oğuz vә Daş Oğuz bәylәri toplaşmışdılar.

"Koroğlunun Ərzurum səfəri" qolu

Ərzurumlu Cəfər paşanın Cünun adlı bir aşığı vardı. Cünun çox məclislər görmüş ustad aşıq idi. O, çoxdan idi ki, Çənlibelə gedib Koroğlunu görmək istəyirdi. Amma Cəfər paşadan qorxurdu.