Son əlavə olunanlar

Mədəni irsimiz

Teatrsevənlərin «qaynanası» - Nəsibə Zeynalova

Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan, Azərbaycan teatrsevənləri arasında “qaynana” kimi sevilən Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi olan Cahangir Zeynalov ilk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. 

Naxçıvan muzeyləri

Muzeylər milli mədəniyyət nümunələrinin qorunduğu məkandır. Naxçıvan Muxtar Respublikasını muzeylər diyarı da adlandırmaq olar. Burada 23 muzey, 1 muzeytipli müəssisə olan Naxçıvan Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Muzeylərdə, ümumilikdə, əsas fond əşyalarının sayı 107776-dır.  

Azərbaycan kəlağayısı

Azərbaycanda istehsalı qədimdən məlum olan kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadınlar üçün nəzərdə tutulmuş baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir. 

Azərbaycanda toy adət-ənənələri

Bir xalqın tarixi kökünü, milli mənəviyyatını öyrənmək istəyiriksə, mütləq həmin xalqın milli adət-ənənələrinə nəzər salmalıyıq. Çünki milli adət-ənənələr hər bir xalqın milli mənəviyyatının zənginliyindən, irsindən, inkişafından və dəyərlərindən xəbər verir.  

Azərbaycanın unudulmaz bəstəkarı Ramiz Mirişli

Azərbaycanın sevilən, mahnıları  illər ötsə də daim dillər əzbəri olan  bəstəkarı Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R. Mirişli 1956-1962-ci illərdə  Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.   

Azərbaycanda cizgi filmlərinin yaranma tarixi

Azərbaycanda cizgi film yaratmaq istəyi və bu istəyin həyata keçirilməsi XX əsrin 30-cu illərinə aid edilir.  “Azərbaycanfilm” studiyası bu işdə xüsusi səy görsətmiş, lazım olan texniki avadanlıqları Moskvadan alıb gətirmişdir.