YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bakteriyalar

Bakteriyalar çox kiçik canlı varlıqlardır, onları adi gözlə görmək olmur. Onların yaşayış tərzi bəsit həyat formalarından biridir. Bakteriyalar heyvanlardan daha çox bitkilərə bənzəyir. Onlar müxtəlif- silindrik, spiralvari və ya şarşəkilli formalara malikdirlər.

 

Bakteriyaların minlərlə növü mövcuddur. Hara baxsan çox böyük miqdarda bakteriya tapmaq olar. Bakteriyaların çoxu torpaqda yaşayıb ölmüş heyvan və bitkilərin toxumalarının çürüməsinə yardım göstərərək torpağı münbitləşdirirlər. Bəzi bakteriyalar hətta bizim bədənimizin daxilində yaşayır- onlar bizə qidanı həzm etməyə yardım göstərirlər. Bakteriyalar sürətlə artırlar. Onlardan bəziləri hər 20 dəqiqədən bir ikiyə bölünürlər. Bir neçə saat ərzində bir bakteriyadan milyonlarla yeni bakteriya törəyə bilər.

Bakteriyaların əksəriyyəti tamamilə zərərsizdir, amma bəziləri infeksiya törədə bilər. Belə bakteriyaları mikrob adlandırırlar. Sızanaqlar və irinli yaralar bakteriyalardan yaranır. Bəzi bakteriyaların insan orqanizminə düşməsi çox təhlükəlidir. İndi bizim əlimizdə bakteriyaları öldürən penisillin kimi antibiotiklər- xüsusi dərmanlar var. Amma bakteriyalar belə sürətlə çoxaldıqlarına görə uyğunlaşmaq qabiliyyətinə malikdirlər və buna görə də dərmanlara qarşı həssas olmayan yeni bakteriya növləri yaranır. Onlarla mübarizə aparmaq üçün yeni dərmanlar yaratmaq lazım gəlir.