YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kalkulyator

Təqribən 5000 il əvvəl çötkə icad olundu. Bu elə ilk kalkulyator idi.

1642-ci ildə fransız alimi Blez Paskal rəqəmləri toplamaq üçün ilk maşını düzəltdi. Rəqəmləri ona xüsusi dairəvi şkalaların köməyi ilə daxil edirdilər. Bundan sonra mağazalarda və idarələrdə uzun müddət mexaniki hesablama maşınlarından istifadə olundu. 1970-ci illərdə ilk silisiumlu elektron çip və ya  mikrosxem icad olunanda hər şey dəyişdi. Mikrosxemlər sayəsində ancaq düymələri basmaqla ani olaraq toplamağı, çıxmağı və bölməyi bacaran elektron kalkulyatorlar düzəltmək mümkün oldu. Daha mürəkkəb kalkulyatorlar elmi hesablamalar üçün vacib olan digər hesablamaları da aparırlar.