YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Onurğasızlar

Bel sümüyü olmayan heyvanlar onurğasızlar adlanır. Onların daxili bədən skeleti yoxdur; əvəzində bəzilərinin xarici örtük qatı var, bəziləri qabıq içində yaşayır, digərləri isə incə hissələrə bölünür.

 

Yer kürəsində 5 milyon növ onurğasızların olması güman edilir ki, bu da bütün canlıların 95 faizini təşkil edir. Onlar eyni zamanda dünyada ən uğurlu heyvanlar sayıla bilərlər, belə ki, onlara hər yerdə- quruda, dənizdə, havada və hətta insan orqanizmində də rast gəlmək olar. Onurğasızların böyük növ müxtəlifliyi var. Bu fərqlilik yalnız onların görünüşünə görə deyil, həm də davranışı və hərəkət normalarında nəzərə çarpır. 

 

Onurğasızların xarici qabıq qatı, hətta daxildə orqanizm böyüsə belə ölçüsünü dəyişmir. Bu səbəbdən onlar böyüdükcə xarici qabıq qatını atıb, onu yenisi ilə əvəzləməli olurlar. 

 

Heyvanların üç əsas qruplaşmasında onurğasızlar adlı sinif yoxdur. 

 

Onurğalılar sinfi var ki, o da xordalılar tipinin bir hissəsidir və məməlilərə, quşlara və s. bölünür, lakin onurğasızların 30 müxtəlif əsas qrupu var.

 

İbtidai onurğasızların, məsələn anemonların hissetmə qabiliyyəti zəifdir: onlar qidalarını müəyyən edə və ondan qaça bilərlər. Daha ali onurğasızlarda isə hiss etmə daha da inkişaf edib. Milçəklər mürəkkəb gözləri ilə çox şeyi görə və ən incə hərəkəti də hiss edə bilirlər; çəyirtkələrin qarınlarında qulaq zarı var.