YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Adadovşanı

Əvvəllər adadovşanları ancaq Avropanın cənubunda yaşayırdılar. Sonradan insanlar onları bütün Yer kürəsinə yaydılar. Adadovşanları qısa quyruğu və uzun qulaqları olan kiçik məməlilərdir. Adadovşanları yerdə qazdıqları yuvalarında yaşayırdılar. Hər bir yuva bütöv bir adadovşanı ailəsi üçün ev rolunu oynayır. Bir neçə belə yuvalar qrupunu adadovşanı bağçası adlandırırlar. 


Bütün adadovşanı cinsləri yeganə əcdaddan-Aralıq dənizi adadovşanlarından əmələ gəlmişdir. Bu gün rəngləri, ölçüləri və görünüşləri ilə fərqlənən çoxlu adadovşanı növləri vardır. Sallaqqulaq cırtdan adadovşanının sallaq qulaqları var. Himalay adadovşanının isə Himalay dağları ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, üzü, qulaqları, pəncələri və quyruğu kürəyindən tünd rəngdə olan dovşana belə ad veriblər.