YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Strasburq

Strasburq Almaniya və İsveçrənin sərhədində yerləşən və Fransanın tarixi əyaləti olan Elzasın paytaxtıdır. Əsrlər boyu bu şəhər Fransa və Almaniya arasında mübahisə obyekti kimi birindən digərinə keçib.

 

Şəhərin çoxlu görməli mədəni məkanları olan mərkəz hissəsi bütünlükdə UNESCO-nun dünya irsi siyahısına daxil edilib. Strasburqa avtomobil, qatar və ya təyyarə ilə getmək asandır. 


Strasburq vağzalı 1878 və 1898-ci illər arasında Berlin arxitektoru İohann Yakobstalın rəhbərliyi ilə tikilib. Həmin vaxt Elzas əyaləti Almaniya imperiyasının tərkibinə daxil idi. Vağzal şəhərin ilk tam elektrikləşdirilmiş binası olub. 2006-2007-ci illərdə TGV sürət qatarlarının şəbəkəyə qoşulması çərçivəsində vağzalı rekonstruksiya ediblər.

 

Strasburqun qonaqlarının bir qayda olaraq, yollandığı ilk məkan Kiçik Fransadır. Köhnə şəhərin bu mənzərəli məhəlləsində bir vaxtlar balıqçılar, dəyirmançılar və dəri ustalarının yaşadıqları taxta karkaslı tikililər mövcuddur. Onlar XVI-XVII əsrlərdə tikilib. 

 

1870-ci ildə Strasburqu Prussiya tərəfindən zəbt olunub və bu şəhər Elzas-Lotaringiya imperiya əyalətinin mərkəzinə çevrilib. Mühasirə vaxtı şəhərin mərkəzi ciddi dağıntılara məruz qalıb. Bundan başqa, şəhərin genişləndirilməsi və onun infrastrukturun müasir tələblərə uyğun dəyişdirilməsi zərurəti yaranıb. Sonradan bu rekonstruksiya həyata keçirilib və Strasburq həmin dövrün ən nümunəvi şəhərinə çevrilib. 

 

Strasburqun “Avropa məhəlləsi”ni şəhər içərisində şəhər adlandırmaq olar. Burada çoxlu müasir tikililər – Avropa sarayı, Avropa Şurasının mənzil-qərargahı, Avropa Parlamenti, İnsan Haqları Sarayı binaları yerləşir. 


Strasburq Avropa paytaxtı titulunu özünün coğrafi mövqeyi sayəsində qazanıb. Reyn çayı məcrası boyu şəhərin kənarından Fransa və Almaniya arasında sərhəd xətti keçir. Çayın üzərindəki körpülər 2004-cü ildə tikilib və Reyni Avropa xalqlarının yaxınlaşması rəmzinə çevirib. Onun sahillərində çox maraqlı tərtibatı ilə seçilən ilk trans-sərhəd parkı salınıb.


Reynin sayəsində Strasburq Fransanın ən böyük ikinci çay limanına çevrilib. İlboyu buraya kruiz və yük gəmiləri yanaşırlar.

 

Strasburqun, həmçinin bütün regionun tarixi haqqında daha çox məlumat əldə etmək üçün İntibah dövrünün üç binasında yerləşən Elzas muzeyini ziyarət etmək lazımdır. Həmin binalar bir vaxtlar fərdi ev olublar. Tikililərin fasadında iki erker, lojalar yerləşir ki, Elzasda onları “Alman eyvanları”da adlandırırlar. Binaların aşağı doğru əyilmiş çardağı yerli ənənələrə uyğun hazırlanıb. Çardaqlar çoxmərtəbəlidir və mansard pəncərələrindən ibarətdir. 


Elzas muzeyi xalq yaradıcılığı və ənənələrini yaşadır. Burada əyalətin XVIII-XIX əsrə aid kənd məişətinin əks etdirən gündəlik istifadə üçün nəzərdə tutulmuş əşyalar, o cümlədən mebellər, paltarlar, çini məmulatlar, uşaq oyuncaqları və s. nümayiş etdirilir.


Bir neçə zalda evlərin interyerinin rekonstruksiyasını da görmək olar. Onlar Elzasın müxtəlif regionları üçün tipik eksponatlardan və yerli sənətkarların ənənəvi əl işlərindən (məsələn, dəmirçilərin, dülgərlərin və s.) ibarətdir.