YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Günəbaxan

Avropalılar günəbaxan bitkisini ilk dəfə Amerika kəşf edildikdən sonra Meksika prerilərində (çöllərində) görüblər. Onlar günəbaxanı XVI əsrdə Avropaya gətirib və onu “günəş çiçəyi” adlandırıblar. Bu, təsadüfi deyil, çünki günəbaxanın başcığı həmişə Günəşə tərəf çevrilir. Deməli, günəbaxan kompasın işini də görə bilir. Vətəni Şimali Amerikanın cənubudur. Rusiyaya isə XVIII əsrdə Niderlanddan gətirilib. Əvvəllər onu bağlarda bəzək bitkisi kimi əkirdilər. Sonralar onun toxumlarının dadını bildilər və günəbaxanı dirrikdə yetişdirməyə başladılar. 1830-cu ildə Voronej quberniyasının Alekseyevka kəndindən olan təhkimli kəndli Bokaryov ilk dəfə günəbaxan toxumlarından yağ çəkdi. Hazırda günəbaxan ən geniş yayılmış yağlı bitkidir. Doğrudur, əvvəlki günəbaxan sortlarının toxumları (tumu) həm az, həm də xırda idi. İndi isə bu bitkinin yeni sortları yetişdirilib: bəzisinin “başcığının” diametri 20 santimetrə çatır. Hər başcıqda 7 minə qədər iri, yağlı tum yerləşir. Əvvəlki günəbaxanlarla müqayisədə bu sortların hündürlüyü 4 metrə qədər olur. Günəbaxan texniki bitkidir. İnsanlar onun həm gövdəsindən, həm də yağı çəkilmiş toxumunun qabığından istifadə edirlər. Bütün bunlardan həm mal-qara üçün yem kimi, həm də plastik kütlə, viskoz və kağız istehsalı üçün xammal kimi istifadə edilir. Günəbaxanın yağı mühüm qida məhsuludur. Hidrogenləşdirmə yolu ilə ondan marqarin və kulinariya yağları hazırlanır, konserv, sabun və lak-boya sənayesində işlədilir. Tibbdə müxtəlif məlhəmlər hazırlanmasında ondan istifadə olunur. Respublikamızda təmizlənmiş günəbaxan yağı istehsal edilir.