YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Oranjereya və isti şitillik

Hər tərəfi qar basmışdır. Külək ağacların çılpaq budaqlarını tərpədir. Ancaq otaqda stolun üstündə tər çiçəklər və təzə tərəvəz var. Bunlar haradandır? Gördüyünüz tərəvəz və çiçəklər yaxındakı şüşəbəndli binada yetişdirilmişdir. 


Bəzi şüşəli tikililər əsl ev boyda olur. Məsələn, nəhəng palma hündürlüyündə. Axı, palma cənubdan gətirilmişdir və bizdə açıq səma altında inkişaf edə bilməz. Onun inkişaf etməsi üçün oranjereya adlanan hündür şüşəli ev əlverişlidir. Oranjereyada iqlim isti və rütubətlidir, süni yağış yağdırılır, hava təmizlənir və qızdırılır. Buludlu günlərdə iri elektrik lampaları (süni günəş) yandırılır. Burada ən soyuq qış aylarında da portağal, limon, palma və zərif çiçəklər yetişdirmək olur. 


Çox hündür olmayan (yaşlı adamın dizinə qədər) şüşəli “evlər” də olur. Bunlara şitillik və parnik deyilir. Hər şitilliyin altında anbara oxşar dərin çuxur yerləşir. 


Orada gübrələnmiş və nəm torpaq, onun altında isə bəzən özüqızışan peyin olur. Şüşəli dam bitkini soyuq küləkdən mühafizə edir, günəş şüalarını isə içəri buraxır. Şitilliyin içərisindəki bitkilər erkən yazda, şaxtada özlərini çox yaxşı hiss edirlər. Şitillik təsərrüfatlarında tezyetişən tərəvəz – turp, kahı, xiyar və başqa şitil yetişdirilir. İstilər düşdükdə bu şitillər çıxarılıb bostanlara və ya çiçək ləkinə köçürülür. 


Bitki yetişdirmək üçün divarları və damı şüşələnmiş tikililər də var (isti şitilliklər). İsti şitillik, adətən su ilə qızdırılır. Burada ilboyu tərəvəz – soğan, cəfəri, xiyar, pomidor yetişdirilir. İsti şitillik elektrik lampası ilə işıqlandırılır və suvarma borusundan süni yağışyağdırma üsulu ilə suvarılır.