YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ququ quşu

Meşədə olan hər kəs bu quşun quqqultusunu eşidib. Bu da məlumdur ki, özünə yuva qurmayan ququ quşu iyirmiyə qədər yumurtasını başqa quşların yuvasına qoyur – hər yuvaya bir yumurta. Ququ balası yumurtadan çıxan kimi yumurta varsa yumurtanı, bala varsa balanı yuvadan itələyib yerə salır. Onu yuvanın sahibi olan quşlar öz balası hesab edib yemləyirlər. Böyüdükdən sonra ququ quşu çoxlu ziyanverici cücüləri, o cümlədən başqa quşların yemədikləri tırtılları da yeyir. Beləliklə, o, digər quşları tələf etməklə təbiətə vurduğu ziyanın əvəzini çıxır. Ququ quşları dünyanın demək olar ki, hər yerinə yayılıb.