YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Trovant

Rumıniyanın mərkəzində və cənubunda, şəhərdən uzaqda qeyri-adi daşlara rast gəlmək olur. Yerli əhali hətta onlara xüsusi ad verib: Trovantlar.

 

Bu daşlar nəinki inkişaf edir hətta çoxala bilir.

 

Görünüşünə görə bu yerlərdə çox sayda olan hər hansı bir qaya parçasından heç də fərqlənmir. Lakin yağışdan sonra daşların tərkibində və üzərində inanılmaz bir hadisə baş verir: göbələk kimi böyüməyə və artmağa başlayır.

 

 

Hər bir trovant tədricən yalnız bir neçə qram artır və bir tondan çox çəkiyə sahib ola bilir. Gənc daşlar daha sürətli böyüyür, lakin yaşı artdıqca böyüməsi yavaşlanır.

 

 

Canlı daşların tərkibi əsasən qumdan ibarətdir.

 

Yaşayan daşlar, böyüməklə yanaşı çoxala bilir. Bu belə baş verir: daş səthi nəmləndikdən sonra üzərinə yüngül qabarıqlar əmələ gəlir. Vaxt keçdikcə onlar böyüyür və yeni daşın çəkisi kifayət qədər olduqda ana daşdan ayrılır. Maraqlısı da budur ki, trovant daşlarda ağaclarda olduğu kimi daxildə “nüvə” var. 


Bəzi trovant daşların başqa qeyri-adi qabiliyyəti də qeyd olub. Kaliforniyada Ölüm Vadisi Qoruğunun məşhur sürüşən daşları kimi, bəzən yerdən yerə hərəkət edirlər.


Hazırda trovant daşlar yerləşən ərazilər Mərkəzi Rumıniyada maraq doğuran yerlərdən biridir.