YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Titikaka

Titikaka gölü — dünyanın ən hündürdə yerləşən gölüdür. 8288 kvadrat km sahəyə sahib olan göl And dağlarının Altiplano adı verilən platosunda, Peru və Boliviya arasında yerləşir. Cənubi Amerikanın ən böyük şirin sulu gölüdür. Tektonik çatlar nəticəsində əmələ gəlmişdir.


Qərb sahili Peruya, şərq sahili isə Boliviyaya aiddir. 


Tibet platosunda ondan daha yüksəkdə yerləşən göllər olsa da böyüklüyünə görə (4000 metr yüksəklikdə) Tıtıkaka birincidir. Dəniz səviyyəsindən yüksəkliyi 3810 metr olub, 194 km uzunluğa və 65 km enə sahibdir. Orta dərinliyi 140-180 metr arasında dəyişir. Bəzi yerlilər dibsiz olduğunu iddia etsələr də, ən dərin yeri 280 metrdir. 25-dən çox çay bu gölə tökülür. İnk mədəniyyətinin izlərini saxlayan Günəş Adası daxil irili xırdalı bir çox adacığı əhatə edir. Ətrafında yaşayan xalq üçün göldə edilən balıqçılıq əhəmiyyətli bir dolanışıq mənbəyidir.


Adının haradan gəldiyi qəti olaraq bilinməməklə birlikdə iki Aymara sözünün yan-yana gəlməsindən meydana gəlmişdir. Titi "böyük pişik" , Kak isə "qaya " mənasını verir.


Titikaka gölünün xarakteristika xüsusiyyətlərindən biri üzən adacıqlardır. Bu adalarda yaşayanlara “Uros” adı verilmişdir. 


Titikaka Gölü, bir sıra nadir rast gəlinən heyvana həyat mühiti təqdim edir. Bunlardan biri Titikaka dalğıcı deyilən quşdur. Bu quşun maraqlı tərəfi, kiçik qanadları səbəbiylə uça bilməməsidir. Təhlükə anında suyun üstündə sürətli addımlar ataraq və çox güclü qanad çırpmalarla qaçır. Ancaq bu qanad çırpmalara baxmayaraq quş uça bilmir. Digər bir endemik canlı isə Titikaka qurbağasıdır.