YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Azərbaycan Respublikası

 

Coğrafi mövqeyi – Avropa və Asiyanın kəsişməsində, Cənubi Qafqazın şərq hissəsində yerləşir. Şimalda Böyük Qafqaz silsiləsinin, cənubda Kiçik Qafqaz və Talış dağlarının arasındadır.

 
Sahəsi – 86,6 min kvadratkilometrdir.
 
Əhalisi – 9,2 milyon nəfərdir (2011).
 
Paytaxtı – Bakı şəhəridir.
 
Rəsmi dili – Azərbaycan dilidir.
 
Ərazi bölgüsü – 66 rayona, 13 şəhər rayonuna bölünür.
 
Sərhədləri – Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla həmsərhəddir. Xəzər dənizi boyu sahillərinin uzunluğu 713 kilometrdir.
 
Pul vahidi – Manat =100 qəpik.
 
Dövlət başçısı – Azərbaycan Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – Demokratik, hüquqi, dünyəvi, unitar dövlətdir. 
 
Ümumi məlumat
 
Ölkənin ən hündür nöqtəsi Bazardüzü dağıdır (dəniz səthindən 4466 metr yüksəklikdə). Ən alçaq nöqtə isə Xəzəryanı ovalıqdır (-28 m). 
 
Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, 20 faiz ərazisi hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 
 
Ən iri şəhərləri Bakı, Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran, Naxçıvan, Xankəndidir.
 
Ölkə ərazisi təbii ehtiyatlarla zəngindir. Burada müxtəlif kimyəvi maddələrlə zəngin mineral su mənbələri vardır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvandakı Badamlı və Sirab ölkədən kənarda da məşhurdur. 
 
Dünyada mövcud olan 800 palçıq vulkanından 350-si Azərbaycan ərazisində yerləşir. 
 
Azərbaycanda təxminən 1250 xırda çay vardır. Onların hamısı Xəzər dənizinə tökülür. Bu çayların əksəriyyəti Qafqazın ən böyük çayı olan Kürün (1515 km), bir qismi isə Arazın (1072 km) hövzəsinə daxildir. Azərbaycanda 250 göl var. Onların əksəriyyəti xırda göldür. Ən böyük göllər Hacıqabul (15,5 km²) və Böyükşor (10 km²) gölləridir. 
 
Azərbaycanın iqtisadiyyatında əsas yeri neft və neft məhsulları tutur.