YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qaliley Qalileo

Galileo di Vincenzo Bonaiuti de' Galilei
 
İtalyan alimi, fizik, astronom, riyaziyyatçı
 
1564-cü ildə İtaliyanın Murdara şəhərində anadan olub.
 
Dövrünün tanınmış musiqiçilərindən Vincenzo Qalileyin oğlu olan Qalileo, ilk təhsilini Florensiyada Vallombroza monastrında alıb.
 
1581-ci ildə Pizan Universitetində tibb təhsili almağa başlayıb. Tibb elmi ilə yanaşı, həndəsə ilə yaxından maraqlanıb. Astronomik problemlərə dair Kopernikin təlimini mənimsəyib. Pizan Universitetində 3 ilə yaxın oxuduqdan sonra atasının müflis olması səbəbindən universiteti tərk edib.
 
Elmə hədsiz maraq göstərən markiz Qvidobaldo del Monte ilə tanışlığı universitetin qapılarını yenidən onun üzünə açır və 1589-cu ildə Pizan Universitetinə riyaziyyat professoru kimi qayıdır.
 
1590-cı ildə özünün məşhur “Hərəkət haqqında” traktatını yazır.
 
1592-ci ildə Pizan Universitetini tərk edərək, Venesiyanın Padua Universitetində riyaziyyat kafedrasında işləməyə başlayır, eyni zamanda astronomiyadan da dərs deyir. Bu illərdə daha bir məşhur əsəri “Mexanika” traktatı işıq üzü görür.
 
1600-cü ildə primitiv bir termometr, insanın ürək döyüntüsünün ölçülməsi üçün “rəqqas” və 1604-cü ildə sərbəst düşmənin riyazi qanunlarını kəşf edir. Öz əlləri ilə teleskop quraşdıran Qaliley aydakı dağları, Süd Yolu qallaktikasının ulduzlardan təşkil olunduğunu və 1610-cu ildə Yupiterin 4 peykini kəşf edir. 
 
Məşhurluğu və maddi vəsaitə olan ehtiyacı ona Florensiyaya getməsinə səbəb olur. Burada Günəşdəki ləkələri və günəşin öz oxu ətrafında fırlanmasını kəşf edir. Bu kəşflərinə görə bəzi professorların və kilsə xadimlərinin qəzəbinə tuş gəlir.
 
1611-ci ildə Papanı Kopernik təliminin katolik təlimi ilə zidd olmamasına inandırmaq üçün Romaya gedir. Papa V Pavel tərəfindən xoş qarşılanan Qaliley Roma Elmlər Akademiyasına üzv seçilir. Bundan cəsarətlənərək dostu abbat Kasteliyə məktubunda Müqəddəs kitabın ancaq qəlbləri təmizləmək üçün yaradığını və elmilikdən uzaq olduğunu yazır. Bu məktubu dərc olunduqdan sonra onun barəsində inkvizisiyaya şikayətlər başlayır.
 
1615-ci il fevralın 25-də inkvizisiya Qalileyi bidətdə ittiham edərək ilk məhkəmələrə başlayır.
 
Onun ikinci səhvi Romanı Kopernik təliminə münasibət bildirməyə çağırması olur. Bunun nəticəsində Papa V Pavelin gostərişi ilə Kopernikin kitabı qadağan olunur, təlimin özü isə bidət elan edilir.
 
Florensiyoya dönən Qaliley bir müddət elmi işlərini davam etdirir. Lakin 1618-ci ildə yenidən kilsəylə münaqişəyə başlayır. 1632-ci ildə dostu IIX Urbanın Papa seçilməsindən cürətlənərək "İki kainat sistemi üzərinə danışmalar" adlı əsərini nəşr etdirir. Kitab bir ildən sonra qadağan edilir, özü isə həbsxanaya atılır. Az sonra tövbə etdiyini bildirir və azadlığa buraxılır. Qaliley 1642-ci il yanvarın 8-də 78 yaşında vəfat etdir. Papa onu Florensiyadakı Santa-Kroçe ailəvi məzarlığında basdırılmasına icazə vermir. Qalileyi Arçetridə dəfn edirlər.
 
Ölümündən 95 il sonra 1737-ci ildə onu nəşini çıxararaq, vəsiyyət etdiyi kimi Santa-Kroçe qəbiristanlığında Mikelancelonun məzarı yanında basdırırlar. 1979-cu ildə İohann II Pavelin təşəbbüsü ilə Qalileyin reabilitasiyası üzrə komissiya yaradılır. 1992-ci il oktyabrın 31-də Papa II Pavel inkvizisiyanın təzyiq vasitəsi ilə alimi təlimindən dönməyə məcbur etməsinin səhv olduğunu rəsmən açıqlayır.