YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bəhlulzadə Səttar Bəhlul oğlu

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın Əməkdar İncəsənət Xadimi (1960), Xalq Rəssamı (1963), Azərbaycan Dövlət mükafatı laureatı (1972).
 
1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. 
 
1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə ilk karikaturaları çap edilib.
 
Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskvanın və digər şəhərlərin muzeylərində saxlanılır.
 
1974-cü il oktyabrın 14-də  Moskvada vəfat edib. Əmircan kəndində dəfn olunub.
 
Bəhlulzadənin yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin portretləri “Babək üsyanı”, “Fətəli xan”, “Füzulinin portreti”  və bu kimi başqa əsərlər mühüm yer tutur. Müharibədən sonrakı illərdə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaradıb. 
 
Onun əsərləri arasında təbiət təsvirləri “Abşeron etüdləri”, “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Bazardüzü”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əmircan” “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Şamaxı üzümlükləri” və digər əsərləri üstünlük təşkil edir.
 
Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində fərdi sərgiləri nümayiş etdirilib. Dünyanın onlarla muzeyində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasında yer alır.