YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Harvard Universiteti

Harvard Universiteti (Harvard University) ABŞ-ın və dünyanın ən tanınmış və qocaman universitetlərindən biridir. Universitet Massaçusetş ştatının Kembric şəhərində yerləşir. 
Harvard Universiteti məzunları arasında milyarderlərin sayına görə ölkədə birinci yeri tutur, onun kitabxanası ABŞ-da ən böyük akademik, böyüklüyünə görə isə üçüncü kitabxanadır. 
Harvardın əsası 1636-cı il sentyabrın 8-də qoyulub. İngilis missioneri və filantropu Con Harvardın şərəfinə adlandırılıb. 
Universitet özündə 13 akademik bölməni - 12 məktəbi, 1 institutu və 7 fakültəni birləşdirir.  Hazırda Harvard dünyanın ən elitar və nüfuzlu ali məktəblərindən biridir. Universitet öz biznes məktəbi ilə şöhrət qazanıb. Harvardın məzunları arasında 150 Nobel laureatı və səkkiz ABŞ prezidenti var.