YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Axundova Şəfiqə

Şəfiqə Axundova

Şəfiqə Qulam qızı Axundova Azərbaycan bəstəkarı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi və Xalq Artisti

 

1924-cü il yanvarın 21-də Şəki şəhərində, görkəmli mədəniyyət xadimi Qulam Axundovun ailəsində anadan olub.

 

İlk musiqi təhsilini Bakıda Asəf Zeynallı adına musiqi məktəbində Üzeyir Hacıbəyovdan alıb. Təhsilini 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib.

 

1972-ci ildə Süleyman Rəhimovun eyniadlı povesti əsasında “Gəlin qayası” operasını yazıb. Bu, şərqdə qadın bəstəkar tərəfindən yazılan ilk opera idi.

 

Şəfiqə Axundovanın Azərbaycan şairlərinin sözlərinə yazdığı lirik mahnıları və romansları dinləyicilər arasında böyük populyarlıq qazanıb. O, 600-dən çox mahnı və romansın (“Leyla”, “Bəxtiyar” və sair), “Ev bizim, sirr bizim” operettasının müəllifidir (1965). Bir sıra tamaşalara (“Aydın”, “Əlvida Hindistan!”, “Nəyə görə yaşayırsan?”, “Təlxəyin nağılı” və sair) musiqi yazıb.

 

2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.

 

2013-cü il iyulun 26-da vəfat edib. Fəxri xiyabanda dəfn olunub.