YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tac-Mahal

Tac-Mahal dünyada olan ən gözəl mavzoleylərdən – məqbərələrdən biridir. 
 
Tac-Mahal Hindistanın şimalında, Aqra şəhərinin yaxınlığında Camna çayının sahilində tikilib. Bu mavzoley imperator Cahan şah (1592-1666) tərəfindən öz sevimli arvadı Mümtaz Mahal Banu Bəyimin (1598-1631) qəbrinin üzərində inşa etdirilib. Mavzoleyin işində bu qəbirdən başqa imperatorun öz qəbri də yerləşir. Tac-Mahalın tikintisi 1632-ci ildə başlanıb və 1648-ci ildə sona çatıb. Tikintidə 20 min nəfər işləyib. Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşları ilə örtülüdür. Yüz minlərlə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci var. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənib və divarlardakı cəvahiratlar buna daxil deyil. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4 minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanları valeh edir. Hətta İstanbuldakı möhtəşəm Süleymaniyyə Camisi üçün 19 milyon qızıl lirə xərcləndiyini söyləsək, Tac Mahal üçün necə böyük bir fədakarlıq göstərildiyi daha yaxşı anlaşılır.
 
Bu abidə Cahan şahın İstanbuldan dəvət etdiyi memarların əsəridir. Planını istanbullu Məhməd İsa Əfəndi çəkib, qübbəni istanbullu memar İsmayıl Əfəndi tikib, divarlardakı şahanə yazıları yenə istanbullu xəttat Səddar Əfəndi yazıb. Bir çox xarici usta, o cümlədən italyan memarları da onların ixtiyarında çalışıblar.