YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Alp dağları

Alp dağları Avropada ən yüksək dağ sistemidir. Alp dağlarının böyük hissəsi İsveçrədə olsa da, dağ silsiləsinin başlanğıcı Şərqi Fransada və Cənubi Almaniyada yerləşir, oradan keçmiş Yuqoslaviyanın ərazisinə qədər uzanır.

 

Alp dağlarının ən hündür nöqtəsi olan Monblan zirvəsinin hündürlüyü 4807 metrdir. Alp dağlarının dik yamacları sıx meşələrlə örtülmüşdür, vadilərdə isə çoxlu gözəl göllər vardır. Ən böyük göl Cenevrə gölüdür. 

 

Alp dağları Avropanın mühüm iqlim ayırıcı sahəsidir. Onun şimal və qərbində mülayim iqlimə malik ərazilər, cənubda isə subtropik Aralıq dənizi iqlimi olan ərazilər yerləşir. Hündürlüyü 800 metrə qədər olan yerlərdə mülayim iqlim, cənub yamaclarında Aralıq dənizi iqliminə malik ərazilərdə çoxlu üzümlük, bağlar, əkin sahələri və sıxyarpaqlı meşələr vardır. 

 

800 — 1.800 metr hündürlükdə mülayim, rütubətli iqlim hökm sürür, palıd ağacı və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələr yuxarıya doğru tədricən iynəyarpaqlı meşələrlə əvəz olunur. 2.200 — 2.300 metr hündürlüyə qədər olan ərazilərdə subalp iqlimi var, bu ərazilər üçün soyuq iqlim, qarın uzun müddətli qalması səciyyəvidir. Burada yay otlaqları və kolluq sahələr üstünlük təşkil edir. Yuxarıya doğru daimi qarların sərhədində soyuq Alp iqlimi mövcuddur. Burada daimi qar və buzlaqlar yerləşir. Alp dağları beynəlxalq alpinizm, dağ xizək idmanı və turizm regionudur.

 

Alp dağları çoxlu turistləri özünə cəlb edir, onlar dağlara dırmaşmaq, xizəklərlə sürüşmək və balıq tutmaq üçün buraya gəlirlər.