YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Xalçaçılıq

Xalça toxumaq sənətinin kökü çox qədimdir. Azərbaycanda istər təsərrüfat şəraiti, istərsə də təbii şərait xalçaçılığın inkişafı üçün əlverişli olmuşdur: yun parça istehsalından ötrü tükənməz bir mənbə olan qoyunçuluğun geniş yayılması, gözəl təbii boyaların olması Azərbaycanda zərif xalçaçılıq sənətinin inkişafı üçün lazımı imkan yaratmışdır. 

 

Xalça toxumaq sənəti parça toxumaqdan sonra meydana çıxmışdır. Əvvəlcə qaba, yun parça, sonralar əlvan naxışlı parka meydana çıxmış, daha sonralar saya və onun ardınca da əlvan naxışlı palaz toxunmuşdur. Xovlu xalça isə nisbətən sonrakı dövrə aiddir.

 

Sasanilər dövründə (V-VI əsrlərdə) bədii məmulat növləri ilə yanaşı böyük bir məharətlə zərif parçalar və xalçalar hazırlanırdı. 

 

Ərəb xilafəti dövründə Azərbaycanın toxuma və basma parçaları ilə bərabər xalçaların, xüsusən Təbriz xalçaları çox şöhrət tapmışdı (Soltan Məhəmməd).

 

Azərbaycan xalçalarının yüksək keyfiyyətindən danışan Nizami Gəncəvi Bərdə şəhərinin padşahı Nüşabənin dəbdəbəli sarayını bu sözlərlə təsvir etmişdir:

Onun böyük şah sarayı vardır,
Orda qiymətli xəli döşənmişdir.

Azərbaycan xalçalarının təsvirinə tədqiqatçılarımız müxtəlif yanaşıblar. Bəzi tədqiqatçılarımız Azərbaycan xalçalarını coğrafi əlamətə görə təsvir edərək onları əsasən 2 tipə, bəziləri isə 6 tipə ayıraraq onları toxunduğu bölgənin adı ilə adlandırırlar. Bəzi Avropa tədqiqatçıları isə Azərbaycan xalçalarını İrana və ya Turkiyəyə aid olduğunu qeyd edirdilər ya da uzaq başı Qafqaz xalqları deyə ümumi adla adlandırırlar.


Azərbaycan xalçaları əsasən 4 qrupa bölünür (Lətif Kərimovun təsnifatı - 3-tomlu “Azərbaycan xalçaları”) – 1)Quba-Şirvan 2)Gəncə-Qazax  3)Qarabağ 4)Təbriz xalçaları. Hər tipə müəyyən xalçalar daxil olur ki, bunlar da toxunulan yerə görə ayrılır.


Məsələn, Quba-Şirvan tipli xalçalara 7 xalça tipi daxildir: Şamaxı, Quba, Dəvəçi, Qocakənd, Xızı və Qusar xalça qrupu. Bunlardan yalnız Bakı qrupunda müəyyən üslubla toxunuş ”Xələputa”, “Suraxanı”, “Xilərşən”, ”Görədil”, ”Fatmayı” xalçaları vardır. 

 

Azərbaycan xalçaları rənginə, kompoziyasına görə bir-birilə sıx əlaqədədirlər. Mövcud Azərbaycan xalçaları məişətdə işlədilməsinə görə müxtəlifdir. Məsələn, a)həcmdə balaca olan namazlıq xalca - yerə salmaq üçün, b)xüsusi divar xalçaları və c)qonaq otaqlarını bəzəmək üçün bir neçə xalçadan ibarət dəstə xalçalar: bunlar ölçüsünə, formasına və kompozisiyasına görə müxtəlif olur. Ortada sərilmiş iri xalça (xalı), evin yuxarı başında (kəlləyi) və otağın ortasındakı iri xalçaların yanlarına salınan (kənarı) xalçadır.


Azərbaycan xalçalarının kompozisiyası bir qayda olaraq birbirindən asılı olan 2 elementdən ibarətdir: göl (xalçanın ortası) və haşiyə (xalçanın kənar bəzəkləri). Xalça naxışlarının səciyyəvi xüsusiyyətlərindən biri də onda təsvir olunan mühit əşyalarının verilməsidir. Bu cəhətdən bitki, heyvanat,həşarat və quşların stilizə edilmiş təsvirləri, həmçının ulduz, paxlava, üçbucaq, dördbucaq, beşbucaq, altıbucaq, səkkizbucaq və sair həndəsi formaların təsviri Azərbaycan xalçalarının əsas naxışlarını təşkil edir.

 

Azərbaycan xalçalarında “buta”, “cüppə”, “çaygülü”, “sarmaşıq”, “çiçək”, “qönçə” və başqa bitki növləri daha çox işlənir.Azərbaycan xalça ustaların xəzinəsi spektrin bütün rənglərini əhatə edir.