YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dad

Biz qidanın dadını dilimizin üstündə olan xüsusi qabarcıqlar vasitəsi ilə hiss edirik. Bizim dilimiz məsamələr adlandırdığımız incə qabarcıqlarla örtülüdür, məhz bu məsamələrin kənarındakı tumurcuqlarda dad reseptorları yerləşir. Bizim dilimizin böyürlərində, arxa tərəfində və ucunda salxım-salxım toplanmış 10000 mikroskopik reseptor var. Hər bir dad reseptoru 20-30 dad hüceyrəsindən ibarət şarşəkilli incə qovuqdur. 

 

Qida bizim ağzımıza düşəndə dad hüceyrələri öz siqnallarını sinirlərlə baş beyinə göndərirlər. Beləliklə dad hissi yaranır və biz şirin, turş, acı və ya duzlu yemək yediyimizi dərk edirik.

 

Qidanın dadı onun qoxusu ilə sıx bağlıdır. Siz soyuqlayanda və burnunuz tutulanda bütün yeməklər sizə dadsız və şit gəlir. Buradan belə bir qayda yaranır: dadı pis olan dərmanı qəbul edən zaman burnunuzu möhkəm sıxın.