Ensiklopediya

ENSİKLOPEDİYA HAQQINDA

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Uşaq Bilik Portalında yerləşdirilən ensiklopediya istifadəçiyə külli miqdarda vacib informasiya çatdırılmasına hesablanıb. Tutumuna görə məhdudiyyətsizdir, daim yenilənmək və korrektə olunmaq imkanına malikdir. Burada Azərbaycan və dünya elmi, ədəbiyyat və incəsənəti, tarixi və coğrafiyası haqqında ən müxtəlif informasiyalar yer alır.   Ensiklopediya istifadəçiyə, həmçinin bütün zamanların və xalqların görkəmli şəxsiyyətləri, ölkəmizin və dünyanın sosial-iqtisadi, mədəni-ictimai həyatında baş verən ən mühüm hadisələr haqqında məlumatlar çatdırır. “Yeni nəşrlər” bölməsində isə uşaqlar üçün nəzərdə tutulan yeni kitab və dərgilər haqqında məlumat almaq mümkün olacaq.