Atalar sözləri

Ağılla bağlı atalar sözləri

Abdaldan paşa olmaz, taxtadan - maşa.

Ağac bar verəndə başın aşağı dikər.

Ağıl ağıldan üstün olar.

Ağıl yaşda olmaz, başda olar.

Ağıllı baş hər şeydən mənfəət götürər.

Ağıllı qəm yeyər, ağılsız qamçı.

Bacarıq ağılın nişanəsidir.

Bilməmək eyib deyil, soruşmamaq eyibdir.

Ədəb bazarda satılmaz...

Elm ağılın çırağıdır.

Göz görmək üçün, ağıl bilmək üçün.

Hər oxuyan Molla Pənah olmaz.

Hirsli başda ağıl olmaz.

Ləyaqət ağıldadır, əsil-nəbəslə deyil.

Qafil yaşamaqdan ölmək yaxşıdır.

Qələm əyri yonulsa da düz yazar.

Qələm qılıncdan itidir.

Qələm yazanı qılınc poza bilməz.

Qələmin ucu, qılıncın gücü.

Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.

Savadsız adam kor kimidir.

Səfeh susanda, ağıllı görünür.

Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".