Görkəmli şəxsiyyətlər

Uilyam Somerset Moem

XX əsrin ingilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan Uilyam Somerset Moem 1874-cü ildə Parisdə anadan olub. Bu zaman onun atası Böyük Britaniya səfirliyində hüquqşünas işləyirdi. Buna görə də valideynləri Uilyamın doğum mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir. Valideynlərini erkən itirən yazıçı İngiltərənin cənub-qərbindəki Uitstebi şəhərində yaşayan əmisinin himayəsi altında böyüyüb. Moyem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib.


Böyük ingilis nasiri, dramaturqu, esseisti, ədəbi tənqidçisi Somerset Moemin altmış beş illik yaradıcı ömrü saysız-hesabsız romanlar, novellalar, pyeslər, esselər, məqalələr ilə zəngin olub. 


Yaradıcılığa erkən yaşlarından başlayan dramaturq tibb təhsili almasına baxmayaraq, 1897-ci ildə dərc olunan “Lambetli Liza”, adlı ilk kitabıyla özünə yazıçı taleyi seçmiş və dünya ədəbiyyatına “Ledi Frederik” (1907), “Sadiq arvad” (1927), “Teatr” (1937) və s. kimi qiymətli incilər bəxş etmişdir. 


Moem Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir və kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moem bu barədə bir kitab da yazır.(“Eşenden, yaxud Britaniya agenti”, Ashenden, or the British Agent, 1928). Bu əsərdən başqa Moem kəşfiyyatçılıq fəaliyyəti haqqında "Tüksüz Meksikalı" adlı novellasında işar edir. Müharibədən sonra Moem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya qoyulur.


S. Moem məhz pyeslərinin tamaşaya qoyulması sayəsində maddi durumunu xeyli düzəldir. Onun pyeslərinin əksəriyyəti ( "Sadiq arvad", "Ledi Frederik" hə ikisi komediyadır) indi unudulsa da, vaxtilə ona böyük şöhrət gətirib.


1919-cu ildə Moemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır.


Aydın dil, maraqlı süjet seçimi, yaratdığı obrazların reallığı-Moem yaradıcılığına xas olan cəhətlərdir. Bu kitabda Moemin “Teatr” romanı, “Sadiq arvad”, “Ledi Frederik” pyesləri, eləcə də “Tüksüz Meksikalı”, “Məqsədli izdivac”, “Şeppi”, “İti ülgüclər”,   “Ay və qara qəpik”,  “Luiza” və “Meyhyu” və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.


Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat edir;lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moyemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitabxana divarına hörülür.