Şeirlər

Seyid Əzim Şirvani. "Qaz və durna"

Bir göl içrə üzürdü bir yekə Qaz,

Özünə fəxr edib uzatdı boğaz.

Dedi: "Mən bir əcibə cür quşam,

Üç hünər var məndə xeyli xoşam.

Uçaram göydə, həm suda üzərəm,

Quru yerdə boyun çəkib gəzərəm.

Bəs mənəm quşların şahənşahi".

Durna oldu bu nəqlin agahi,

Dedi: "Axmaqlığında yoxdur şəkk,

Qamətindir diraz, əql gödək.

Göydə tərlan tək uçmağın varmı?

Ya maral kimi qaçmağın varmı?

Bir balıq tək üzərmisən sudə?

Nədi bu köftguyi-bihudə.

Qaz utandı o göldə Durnadən.

Vaqif ol, ey oğul, bu mənadən.

Yəni bir elmə daim ol talib,

Zifən ol, züfünundur qalib.

Kişi bir sənəti bilər xalis,

Çoxuna meyl edən qalar naqis.