Uşaq yaradıcılığı

Aydan Məmmədzadə: “Asudə vaxtlarda faydalı bir məşğuliyyət tapmaq lazımdır”

Sizi Uşaq yaradıcılığı rubrikasının növbəti qonağı Aydan Məmmədzadə ilə tanış etmək istəyirik.

 

Aydan Məmmədzadə 2008-ci il sentyabrın 23-də anadan olub. O, 263 nömrəli məktəbin 5-ci sinfində oxuyur.  Dərslərində olduqca uğurlu olan Aydan asudə vaxtlarında boyunbağılar, bilərziklər düzəldir, kuklaları üçün paltarlar tikir. Bundan əlavə o, kitab oxumağı da çox sevir. Aydanın fikrincə asudə vaxtlarda faydalı bir məşğuliyyət tapmaq lazımdır.

 

Ümumilikdə Aydanın incəsənətə marağı hədsiz böyükdür. O, 1 il rəqslə məşğul olub. Hal-hazırda isə Günəşli tədris mərkəzində rəsmlə məşğul olur.

 

Aydan portalımızın Yeni il mövzulu müsabiqəsində də çəkdiyi rəsmlə çıxış edib və birinci yerin qalibi olub. Biz də balaca və istedadlı qonağımıza təşəkkür edir, ona uğurlar arzu edirik.