Xəbərlər

Yeni nağıllar kitabı çapdan çıxıb

Uşaqlar üçün yeni nağıl kitabı çap olunub.

Uşaq yazıçısı Mehriban Nağıyeva bu dəfə “Uğur böcəyi”, “Qırmızı şlyapalı ilan”, “Dələnin zarafatı”, “Tənbəl qarğa” nağılları  ilə balacaların görüşünə gəlib. “Bakı Uşaq Nəşriyyatı” tərəfindən çap olunan kitabın tərtibatçısı Rəşid Qasımov, dizayner Səbuhi Əliyev, redaktor Lalə Useynova, rəssam Mərziyyə Tağıyevadır.