Təbiət

Qalaqolar

Qalaqolar (Galagonidae) ağacda yaşayan, gecə həyatı sürən, iri gözlü, nəmli burunlu primatlar dəstəsinə aid heyvan növüdürlər. Afrikada yaşayan bu canlıya həmçinin çalı bəbəsi (bush babies) və ya kiçik gecə meymunu mənasını verən nagapies deyirlər. Çalı bəbəsi adı, insan səsinə bənzər səs çıxarması və görünüşünə görə verilib. Top kimi ağacların və kolların arasında tullanaraq gəzirlər. 

 

Üzəri yuna bənzər sıx kürklə örtülüdür. Parlaq və böyük qəhvəyi rəngdə gözləri var. Bu gözlərin təəccüblü tərəfi isə göz oyuqlarının içində gözlərini oynada bilməməsidir. Bir yerə baxmaq üçün ancaq başını çevirir. Ancaq başını bizlərdən fərqli olaraq boynun arxasını görə biləcək dərəcədə çevirə bilir.

Gündüzləri ağacların üzərində yatır, gecələri isə yemək axtarışına çıxır. Otyeyən heyvan olsalar da, yumurta və həşəratlarla da qidalanır. Yarasalara bənzər yaxşı eşidən qulaqları gecə həşəratları ovlamağa kömək edir. Kolların arasında gəzərkən qulaqlarını qorumaq üçün geriyə qatlayır. Bu hərəkəti yatarkən də təkrar edirlər. Körpə qalaqolar yarı-açıq gözlə doğulur və müstəqil hərəkət edə bilmir.

 

Dişilər tək, əkiz, üçüz balalar dünyaya gətirir. Balalar ayaqları ilə bir-birlərini qucaqlayaraq iri bir top meydana gətirir və yatırlar.