Təbiət

Tüklü Misena göbələyi

Tüklü Misena (Hairy mycena) - Misen göbələk ailəsinin ən böyük göbələklərindən biridir. Göbələyin orta hündürlüyü 1 sm-dir, lakin bəzi göbələklərin boyu 3-4 sm-ə belə çatır. Tüklü misenanın papağının eni 4 mm-dir.


Göbələyin bütün səthi kiçik tüklərlə örtülüdür. Mikoloqların fikrincə məhz bu tüklərin köməyi ilə göbələk özünü müdafiə edir. Göbələk kiçik heyvanları və onu yeyə biləcək böcəkləri tüklərini tərpədərək  qorxudur.


Tüklü misena ilk dəfə Avstraliyada Booyonq yaxınlığında  mikoloqlar tərəfindən aşkar edilib. Bu göbələklərin xüsusiyyəti hələ tam şəkildə öyrənilməyib. Yeməli olub olmamağı, həmçinin digər tüklü misena göbələkləri ilə oxşarlığının nə qədər olması barəsində hələ dəqiq məlumat yoxdur