Bu maraqlıdır!

Materiklər nə vaxtsa vahid quru şəklində olubmu

Materik çıxıntıları və okean çökəkliklərinin sonrakı inkişafı haqqında bir sıra fərziyyələr mövcuddur. Bəzi alimlər materiklərin hərəkətsiz olduğunu, bəziləri is onların daim hərəkət etdiklərini güman edirlər. Materiklərin hərəkət etməsi haqqında ilk dəfə fikir söyləyən A. Vegener olmuşdur. 


Vegener nəzəriyyəsinə görə ilk yaranan materik - Pangeya və ilk okean - Pantalassa olmuşdur. Litosferdəki tektonik hərəkətlər nəticəsində Pangeya parçalanaraq Hondvana və Lavrasiyanı yaratmışdır. Onların arasında Mezozoy erasında tədricən qapanan Tetis okeanı yerləşirdi.

 

Geoloji inkişafın sonrakı mərhələsində Hondvananın parçalanmasından cənub materikləri - Afrika, Cənubi Amerika, Avstraliya, Antarktida yarandı. Lavrasiyanın parçalanmasından isə şimal materikləri - Avrasiya və Şimali Amerika yaranmışdır. Hondvanadan ayrılan Hindistan və Ərəbistan tavaları isə şimala doğru hərəkət edərək Avrasiyaya bitişmişdir.

 

Pantalassanın yerində Sakit okean və Simal buzlu okean yaranmışdır. Bu okeanlar daha qədim okeanlar sayılır. Hazırda litosfer tavalarının hərəkəti Sakit və Simal Buzlu okeanlarının və Aralıq dənizinin sahəsinin kiçilməsinə səbəb olur. Hondvana və Lavrasiyanın parçalanması nəticəsində yaranan yeni quru sahələrin arasında formalaşan Atlantik və Hind okeanları cavan okeanlar sayılır və hazırda onların sahəsi genişlənir.