Təbiət

Mata mata tısbağası

Mata mata (Chelus fimbriata) Amazon, Orinoko çayı hövzələrində və Cənubi Amerikada yaşayan şirin su tısbağasıdır. Chelus cinsinin yaşayan yeganə növüdür. 

İlk dəfə 1741-ci ildə fransız təbiətşünas Pyer Barrera tərəfindən “tikanlı və çıxıntılı pulcuqları olan böyük quru tısbağası” kimi qeydə alınıb.  alman təbiətşünas Cohan Qottlob tərəfindən ilk dəfə təsnif edilib. 

Tısbağanın adı 2 əsr ərzində 14 dəfə dəyişdirilib və nəhayət 1992-ci ildə Chelus fimbriata adlandırılıb. Mata mata üçbucaqşəkilli, başında və dərisində qabarcıqlar, qatlar olan və boruşəkilli burnunda buynuzları olan böyük bir tısbağadır. Üst çənəsinin ucunda iki, altında isə əlavə 4 bığı var. Qəhvəyi və ya qara rəngli çanaqları 45 sm qədər uzana bilir . Yetkin tısbağa 15 kq ağırlığındadır. Çanağın alt hissəsi isə sarı, qəhvəyi rəngdə incə, dar, yanlara doğru qısa və kəsik-kəsik görünüşlü olur. 


Bu ağac parçasına bənzər görünüş onları düşmənlərdən qorumaqda kömək edir. Yetkin tısbağaların baş, boyun, quyruq və budları bozumtul rəngdə olur. Boynu çanağın altındakı onurğadan daha uzundur və hər iki tərəfində dəri parçaları var. Ön ayaqlarda barmaqların başında beş torşəkilli pəncə var. Erkəklərin quyruğu dişilərdən daha qalın, uzun, çanaqları isə daha çökükdür. 

Su heyvanı olsalar da, nəfəs ala bilmək üçün burunlarını çıxara bildikləri dayaz yerlərə üstünlük verirlər. Dişilər 12-28 kövrək, 35 mm diametri olan, kürəşəkilli yumurta qoyur.