Təbiət

Qaynayan çay- Şanay-Timpişka

Peruda  açıq havada axmasına baxmayaraq od kimi qaynar olan çay görənləri dəhşətə gətirir.
İndiyədək barəsində əfsanələr gəzən çayı ilk dəfə 2011-ci ildə geofizik Andreas Ruzo kəşf edib.


Amazon cəngəllikləri seysmik zona sayılmadığından, burda bu cür termal bulaqların tapılması belə nadir hadisə kimi qəbul edilir. Ancaq 6 ildir  termal çayın axtarışında olan Ruzo nağıllarda izah edildiyi kimi  6 kilometr uzunluğunda qaynayan çay aşkarlayıb. Həmin çayın eni  20-25, dərinliyi isə təxminən 6 metrdir.


Şanay-Timpişka və ya La Bomba kimi tanınan bu çay Amazonun bir qoludur. Çay Huanukonun yüksək meşəsinin bir hissəsində və Mayantuyaku mehrabı ərazilərində yerləşir. Bölgədə Aşaninka icması yaşayır. 

 

Dünyada qaynayan yeganə çay adlanır. Suyun həqiqətən geotermal istiliyi olduğundan, adının mənası “günəş istisi ilə qaynayan” deməkdir. Çayın temperaturu 45-100 dərəcə arası dəyişir.

Həmin çayın xüsusiyyətləri ilə bağlı kitab yazan  Ruzo elm xadimlərinə müraciətində çayın nə qədər təhlükəli olduğuna diqqət çəkib. Belə ki, həmin çayın səthinə toxunmaq belə insan dərisində 3-cü dərəcəli yanıq əmələ gətirir. Çay suyundan kofe, çay dəmləməkdə istifadə edilir.