Uşaq yaradıcılığı

Qonağımız Gülay Fərzəliyevadır

Rubrikamızın qonağı Gülay Fərzəliyeva 22 sentyabr  2009-cu ildə Tərtər rayonunda anadan olub.
Sumqayıt şəhəri 16 saylı məktəbdə təhsil alır. Heyvanları çox sevir.  


Gülayın atlara olan marağını xüsusi qeyd etməliyik. Uşaqlıqdan atası ona atçılıqdan dərslər keçib. 
Yəhərsiz atın üzərində sürətlə hərəkət edən Gülay hətta əllərini buraxmağa da cəsarət tapır. Deyir ki, atı belə məharətlə çapmaq ailədən gələn bir istedaddır.

Gülay Fərzəliyeva: "4 yaşımdan at çapıram, indi 8 yaşım var. Bizim qadın qəhrəmanlarımız da atın belində olublar. Mən də istəyirəm onlar kimi olam".


Gülay at çapmağı nə qədər çox sevsə də, heç də bütün vaxtını buna sərf etmir. O, həm də dərslərində yaxşı nəticələr göstərir. Gülayın böyük arzusu professional atçılıq yarışlarında iştirak etməkdir.
Hal-hazırda “Sərhədçi Atçılıq İdman Klubu” na gedir. 


Azərbaycan Respublikası Atçılıq Federasiyasının ən gənc idmançısı adına layiq görülüb,  General-polkovnik Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.