Xəbərlər

Bu gün Beynəlxalq Təşəkkür Günüdür

11 yanvar dünyada Beynəlxalq Təşəkkür Günü (International Thank You Day) kimi qeyd olunur.


Psixoloqlar hesab edirlər ki, insanların bir-birinə təşəkkür etməsi "şifahi sığallama" sayıla bilər. Bu zaman qarşı tərəfin məmnunluq hiss etdiyi, onun əsəblərinin sakitləşdiyi sübuta yetirilib. Vacib olanı təşəkkürün ürəkdən edilməsidir.