Təbiət

Ziyilli qurbağa balığı

Ziyilli qurbağa balığı (antennarius maculatus) tilovlukimilər dəstəsinin Antennariidae fəsiləsinə aid olan bir balıq növüdür. Balıq 15 sm-ə qədər uzana bilir və fəsiləsinin digər üzvləri kimi bədəni genişlənə bilir. Dərisi yumşaqdır, eyni zamanada saysız kiçik ziyilə bənzər tikanlarla örtülüdür. 

 

Yaşadığı əraziyə uyğun olaraq dərisi müxtəlif rənglərdə ola bilir. Buna görə də onlara kloun qurbağa balığı (clown frogfish) da deyirlər. İçində girib gizləndikləri və yaşadıqları yosunların rəngi dəyişdikcə onlar da öz rənglərini krem, çəhrayı, sarı, qırmızı, qəhvəyi rənglərə və tünd dairəvi ləkələrə dəyişirlər. Üzərinə mavi və ultrabənövşəyi işıq tutulduqda onu qırmızı rəngə çevirir. Yəni ağ işıq altındakından daha fərqli rəngdə görünür.