Görkəmli şəxsiyyətlər

Karel Çapek

XX əsrin görkəmli Çex yazıçılarından biri olan Karel Çapek 1890-ci il yanvar ayının 9-da Çexiyada anadan olub. 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirərək, bir müddət kitabxanaçı və ev müəllimi işləyən sənətkar, eyni zamanda jurnalist kimi də fəaliyyət göstərib.


Karel Çapek ilk hekayələrini qardaşı Jozeflə  birlikdə yazıb. Onun yaradıcılığının  əsas xəttini robotlar və insanlar paralelizmi təşkil edir. Yazıçı ilk dəfə robot sözünü elmi ədəbiyyata gətirib. Çapekin “R.U.R, yəni, Rossumun Universal Robotları” əsəri bu baxımdan xarakterikdir. İnsan həyatının bir parçasına çevrilən robotların xeyri qədər ziyanın da olduğunu bəşəriyyətin diqqətinə çatdıran Karel Çapek əsərdə əsas ideyanı məhz bu məsələ üzərində qurub. Yazıçı insanların işini asanlaşdıran, lakin bir o qədər də onları fiziki məşğuliyyətlərdən məhrum edən robotların həyatımızda yaratdığı uçurumları əks etdirmək baxımından əvəzedilməz situsiyalar yaradıb.


O, “Makropolus vasitəsi”, “Ana”, “Absolyut fabriki”, “Krakatit”, “Qordubal”, “Meteor”, “Adi həyat” romanlarının və bir çox hekayə, esse, felyeton və oçerklərin müəllifidir. Karel Çapek eyni zamanda müasir Fransız poeziyasının tərcüməçilərindəndir. O, 1936-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı nominantı olub. Çexoslovakiya Pen Klubunun yaradıcısı və rəhbəri kimi böyük xidmətlər göstərib.


Onun sosializmə nifrət etməsi əsərlərinin kommunist Çexoslovakiyasında ilk illər qadağan edilməsinə səbəb olub. Lakin 1950-1960-cı illərdə yazıçının kitabları yenidən çap olunaraq, oxunmağa başlanıb. Yazıçı, ən yaxşı fantastika əsərlərinin müəllifi olmasına baxmıyaraq onun əsərləri reallığı maraqlı və dəqiq təsvir edir. O, yer üzündə mümkün gələcəkdən, sosial və insan təkamülünün diqqətində olan klassik, qabaqcıl hekayələrin yaradıcılarından biri sayılır.


Karel Çapek və qardaşı rəssam Yozef 1938-ci il dekabr ayının 25-də Praqada dünyasını dəyişib.