Bu maraqlıdır!

Rəngarəng qarğıdalı “Şüşə Gem”

Rəngarəng qarğıdalı “Şüşə Gem”in (Glass Gem) tarixi ABŞ-ın Oklahoma ştatından olan fermer Karl Berns ilə əlaqəlidir. 

Fermer bu rəngarəng qarğıdalı növünü əldə etməyə uzun illər sərf etdiyini bildirir. O, bu növ qarğıdalını əldə etmək üçün müxtəlif rəngli, çox az tapılan hibrid qarğıdalı növlərini toplayıb, bir-iki rəngli dənələri olan qarğıdalıları seçib, onları əkib, daha sonra calaq edib, nəhayət, rəngli məhsul verən sabit növ əldə edib.

“Şüşə Gem” qarğıdalısının üzərində açıq-çəhrayı, mavi, qəhvəyi, bənövşəyi, qara və müxtəlif rəngdə dənələr var. Tərcümədə “Glass Gem” məhz “Şüşəli qamma” və ya “Şüşəli mirvari” mənasını verir.


Karl Barnesin ulu babaları qarğıdalı əkini ilə məşğul olan amerikan hinduları olublar. Onlar qeyri-adi rəngli də daxil olmaqla bir çox qarğıdalı sortları yetişdiriblər. Fermer babalarından qalan bilikləri unikal və çeşidli “Glass Gem” cinsində istifadə etməyə başladı. Daha doğrusu, uzun müddət unudulmuş bir növün yenidən canlanmasına səbəb oldu.


“Şüşə Gem” qarğıdalı çeşidi demək olar ki tamamilə bərk nişastadan ibarətdir. Yuvarlaq taxılları çox sıx olduğundan, onlar qaynar şəklində istifadə üçün yararsızdırlar. 
Amma "göy qurşağı" qarğıdalısından dadlı popkorn əldə edə bilərsiniz. Qarğıdalı unu da əldə etmək olur. Taxıl həmçinin orijinal dekorativ kompozisiyalar yaratmaq üçün istifadə olunur. 


Karl Barnes vəfatından sonra, Şüşə Gem qarğıdalısınin istehsalı üzərində bütün hüquqlar  Native Seeds/SEARCH. şirkətinə keçdi. Qeyri-adi və rəngli qarğıdalı toxumları artıq satışdadır.