Təbiət

Solenodonlar

Solenodonlar gecə həyatı keçirən, torpaq eşən, həşəratyeyən, zəhərli məməli heyvandır. Solenodon sözünün mənası yarıq diş deməkdir. Yaşayan iki növü var:  Cuban solenodon (Solenodon cubanus) və Hispaniolan solenodon (Solenodon paradoxus).


Hispaniolan solenodon Haiti adalarının düzənliklərindən yüksək şam meşələrinə qədər ərazilərdə yaşayır. Bu növün iki bilinən cinsi nəsli Kaynozoy erasının sonuncu dövründə tükənmişdir.


Solenodonların uzunluğu 28-32sm, quyruğunun uzunluğu 25sm,  çəkisi isə 0.7-1 kq-dır. Görünüşcə siçovulları xatırladır. Tükləri qırmızı-qəhvəyi və ya qara rəngdə olur. Quyruğu tüksüz və pulludur. Tüpürcək və ya ağız suyu zəhərlidir. Zəhər ikinci alt kəsici oyuqlardan çənəyə tökülür. Soxulcan, həşərat kimi onurğalılar ilə qidalanır. Torpağı qazaraq orada bir-iki bala verir. Balalar kor, dişsiz və saçsız doğulur.


5 -11 il yaşaya bilərlər.


Hal-hazırda, solenodonlar, Kuba və Haitidə mövcud olan və həyatda qalan son iki həşəratyeyən məməlidən biridir.  İlan, siçan, yabanı pişik və itləri ovlayan manqust heyvanlarına görə, solenodonların hər iki növünün nəsli tükənmə təhlükəsindədir.