Bu maraqlıdır!

Alyaska

Alyaska –ABŞ-ın ən şimal və ən böyük ştatıdır. Alyaska Şimali Amerika qitəsinin şimal-qərbində yerləşir, şərqdən Kanada, qərb və cənubdan Sakit okean, şimaldan isə Şimal Buzlu okeanı ilə həmsərhəddir. Rusiyadan Berinq boğazı ilə ayrılır. Mərkəzi Cuno şəhəridir.

 

 


Relyefi
Alyaskanın geniş sahil xətti var, hətta ABŞ-ın digər ştatlarının sahil xəttinin uzunluğundan belə çoxdur. Ərazisinə görə dünyanın 216 ölkəsindən böyükdür. Alyaskada dünyanın ən böyük “Vəhşi Təbiət Qoruğu” vardır ki, sahəsi 65 min km2-dır.
Alyaskada yaşayan yerlilərin 15-40 min il bundan əvvəl Berinq körfəzini keçərək Amerika qitəsinə yerləşən ilk mühacirlərin nəslindən olduqları ehtimal edilir. Eskimoslar və aleutlar isə, bir ehtimalla, Alyaskaya 3-8 min il əvvəl gələn, daha məskun Şimal Qütbü xalqlarının törəmələridir. Ştatda məskunlaşma az olmasına baxmayaraq, buraya 1970-ci ildə neft sənayesi və nəqliyyatda boş iş yerlərini doldurmaq üçün çoxlu yeni sakin gəldi. Əhalinin 75 %-i ABŞ əhli olan ağdərililərdir. Ştatda təqribən 88 min yerli sakin - hindular, eskimoslar, aleutlar, həmçinin rus nəslindən olan dindar əhali yaşayır.

 


Kəşfi
1741-ci ildə əslən danimarkalı Rus səyyahı Vitus Berinq Alyaska yarımadasına gələrək buranı kəşf edib. ABŞ-da sahəcə ən böyük ştat olan Alyaskanı digər ştatlardan fərqləndirən əsas məqam odur ki, Alyaska ABŞ-dan kənarda yerləşir.
Alyaskadakı ilk Avropalılar, Kodiak Adasında olan Three Saints (Üç Əzizlər) 1784 ilində yerləşən Rus kürk tacirləri idi. Bölgə, 1799-dan 1867-ə qədər bir rus-Amerikan şirkəti tərəfindən idarə olundu. ABŞ xarici işlər naziri William H. Seward, bölgənin ABŞ-a satılmasını təsdiqləyən sənədi 1867-ci ildə imzaladı. Alyaska ABŞ-ın tərkibinə 1867-ci ildə daxil olub.

 


Dili
Alyaskada 22 yerli dil var. Bunlar əsasən iki qrupa bölünür: “eskimo-aleut” və “na-dene”. Lakin əhalinin əksəriyyəti ingilis dilində danışır.

 


İqlimi
Alyaskanın iqlimi çox sətrdir, çünki ərazisinin 30%-i qütb dairəsinin arxasında yerləşir. Şimal və mərkəz rayonlarında hava - 45-50 dərəcəyədək enir. Yayda isə yağıntıların az olduğu zamanlar hava +16-20 dərəcə olur.

 


Təbiəti
Alyaska qeyri-adi gözəlliklərə malikdir: qarlı dağlar, buzlaqlar, meşə cığırları (cənubda), vulkanlar, ucsuz-bucaqsız tundra (şimalda) hər bir turisti heyrətləndirir və vəhşi təbiətin çağırışını hiss etdirir. Alyaska təbiət ziddiyyətlərinin məskənidir, belə ki, burada gah şiddətli külək əsir, gah günəş çıxır, gah yağış yağır, gah qar, gah istidir, gah soyuq. Müasir Alyaska özündə köhnə və yeniliyi harmoniyalı şəkildə birləşdirir. Burada hələ də trapperlər - it qoşqusunda səyahət edərək Qaradamı ovçuları, həm də müasir kommunikasiya vasitələri sənayesi ilə bağlı çağdaş şəhərlər var. Alyaskaya səyahət zamanı ştatın ən böyük şəhəri olan Ankaricə mütləq baş çəkəcəksiniz. 1915-ci ildə Kuka körfəzində salınan müasir şəhər hər tərəfdən qoruq və təbii parklarla əhatə olunub. Burada siz nəinki təbiət gözəlliklərinə tamaşa edəcək, həmçinin ov və balıqçılıq edə bilərsiniz.


Alyaska zəngin enerji ehtiyatlarına malikdir. Öz neftinə görə dünyada ad çıxarmış bu ştatda gündə 400 min barrel hasil edilir. Trans-Alyaska neft-boru kəməri vasitəsilə gündəlik 2,1 mln barrel xam neft ötürmək imkanı var. Qeyd edilir ki, Alyaskada hələ kəşf olunmamış 2,4 trilyon m3 qaz ehtiyatı var. Alyaskanın sahil xətti boyu geometral və külək enerjisi potensialı da xeyli yüksəkdir. 

 


Alyaska haqqında maraqlı məlumatlar


Alyaskada maralların sayı insanların sayından çoxdur.
ABŞ-da insanların işə ən çox piyada getdikləri ştat Alyaskadır.
Dünyada ən böyük dalğa Alyaskanın Liyuya Körfəzində 9 iyul 1958-ci ildə qeydə alınıb, 524 m.