Görkəmli şəxsiyyətlər

Everesti fəth etmiş ilk insan - Edmund Hillari

Edmund Hillari 29 may 1953-cü ildə Tensinq Norqeylə birlikdə Everestin zirvəsini fəth etmiş ilk insandır. Yeni Zelandiyalı tədqiqatçı və alpinist Ser Edmund Hillari Nepalın fəxri vətəndaşıdır. 


Hillari yalnız öz olkəsində deyil, dünyanın hər bir tərəfində sevilir. O, bütün dünyada Everesti fəth etmiş ilk insan kimi tanınmışdır. Bunu Vellinqtonda Yeni Zelandiyanın baş naziri Elen Klark elan etmişdir. 1953-cü il mayın 29-da 34 yaşlı Edmund Hillari nepallı bələdçi (şerp) Tentsinq Norgeylə birlikdə o çagadək insan ayağı dəyməmiş, hündürlüyü 8 min 848 metr olan “dünya damına” qalxmışdır. Onların şücaəti İkinci Elizabetin tacqoyma mərasiminə həsr edilmişdi. Sonralar İngiltərə kraliçası qəhrəmana cəngavər rütbəsi vermişdi.


O vaxtdan bəri Yer kürəsinin ən yüksək nöqtəsində dünyanın 64 ölkəsindən 1200-dən artıq insan olmuşdur.

 


Edmund Hillari 1919-cu ildə Yeni Zelandiyanın Oukland şəhərində anadan olmuşdur. Məktəbini bitirdikdən sonra boksla məşğul olmuş, orta səviyyədə təhsil almışdır. O, on altı yaşından alpinizmlə maraqlanmağa başladı.


1939-cu ildə Edmund Himalayın zirvəsinə ilk dırmanışı həyata keçirdi, lakin davam edirmədi. İkinci Dünya müharibəsi səbəbindən yarımçıq qoymalı oldu. Edmund cəbhəyə getməli oldu. Müharibədən sonra o, yarımçıq qoyduğu işi davam etdi.


1951-1952-ci illərdə alpinist, Comolunqmaya İngilis qrupu ilə dırmanmaya cəhd etdi. 


1953-cü ildə ekspedisiya təkrarlandı. Bu səfərin uğurlu olmasına baxmayaraq, sammitə gedən yol asan deyildi. Onlar küləyin sakitləşməsi üçün bir neçə gün gözləmək məcburiyyətində qaldılar, alpinistlərin çoxu isə dözə bilmirdi. 


Nepal zirvəsinə çıxan ilk bələdçi Tensinq Norqey və Edmund Hillari oldu. Daha sonra Ser Edmund Hillary Everesti fəth edən ilk insan kimi məşhur oldu. Hillari qətiyyətlə qarşısına bir məqsəd qoydu və ona çatdı. Onun şərəfinə on üç metrlik qayaya "Hillari pilləsi" adı verildi.


2003-cü ildə onun şərəfinə Kuk dağının yaxınlığında bir abidə ucaldıldı. Yeni Zelandiyada Edmund millətin qüruru kimi tanınır.


Bütün bu məşhurluğa baxmayaraq, Edmund Hillari sadə bir insan idi. O, yoxsullara, yetimlərə kömək edirdi, ətraf mühit üçün mübarizə edirdi. Onun hesabına kasıb ölkə olan Nepalda xeyriyyə fondları və təşkilatlar açıldı, həmçinin ətraf mühitin mühafizəsinə həsr olunmuş bir çox tədbirlər keçirilirdi. Hillari Nepalda ilk xəstəxana tikdirdi. Poliklinikalar, körpülər, kiçik bir hava meydançası və şəxsi pulu hesabına təxminən 30 məktəb inşa etdirdi. 


2003-cü ildə dünya Everestin fəthinin 50 illiyini qeyd edərkən Yeni Zelandiyalı alpinist Edmund Hillariyə Nepalın fəxri vətəndaşı adı verildi.


Əfsanəvi dağcı 2008-ci ildə 88 yaşında dünyasının dəyişdi və onun külləri Hauraki Körfəzinə dağıdıldı.