Görkəmli şəxsiyyətlər

Mixail Prişvin

Mixail Mixailoviç Prişvin 23 yanvar 1873-cü ildə Rusiya imperiyasının Orlov quberniyasında anadan olmuşdu. 


Prişvin sakit bir həyat yaşayıb: tacir ailəsində doğulub, Yelets gimnaziyasında, sonra isə Leypsiq universitetinin aqronomluq bölməsində oxuyub, Klində zemstvo idarəsində aqronom işləyib, Petrov kənd təsərrüfatı akademiyasının (indiki İ.Timirzayev adına akademiya) laboratoriyasında fəliyyət göstərib, aqronomluğa aid elmi əsərlər nəşr etdirib. Ancaq Prişvin 33 yaşında qəfildən işini atır, silah alır və yalnız yol çantası ilə qeyd kitabçasını götürüb payi-piyada şimala, "qorxmaz quşlar diyarına" üz tutur.

 

İlk baxışda qəribə görünən bu səyahətin yol qeydləri onun ilk kitabının özülünü təşkil edir. Ardınca yeni səyahətlər gəlir (o, bütün Şimalı, mərkəzi Rusiyanı, Uzaq Şərq və Qazaxıstanı dolaşır) və yeni kitablar nəşr olunur. 

 

Təhsilini bitirdikdən sonra Rusiyaya qayıdan Prişvin aqronom işləyir və hər kəsdə ünsiyyətcil, fəal və işgüzar adam təsiri bağışlayır. 


 

Daha sonra 1906-cı ildə qəzetdə müxbir kimi çalışır.


O, çox səyahət edirdi, meşələri gəzir, folklor yığır və bütün hisslərini kağıza köçürürdü. Bütün hekayələri onun “Seçilmiş əsərləri” ndə toplanıb.

 

Mixail Prişvin 16 yanvar 1954-cü ildə vəfat edib. 2014-cü ildə onun xatirəsinə bürünc heykəl qoyuldu.