Görkəmli şəxsiyyətlər

Hindistanın rəqəmlərlə oynayan dahisi: Srinivasa Ramanuсan

Srinivasa Ramanucan dünyanın riyaziyyat üzrə dahilərindən biri sayılır. Onun riyazi analiz, ədədlər teoremi, sonsuz sıralar, davamlı kəsirlər və həlli qeyri-mümkün qəbul edilən məsələlərin həllində əhəmiyyətli qatqıları olub.


Onun ixtiraları hələ də tədqiq edilir və tədqiqatların nəticələri riyaziyyatdan uzaq olan sahələrdə - kompüter dizaynı, polimer kimya və hətta xərçəngə qarşı araşdırmalarda istifadə olunur. Bundan əlavə, məşhur fizik Stefen Hokinq də daxil olmaqla, müasir alimlər Ramanucanın formulalarından bəzilərinin qara dəliyin öyrənilməsində istifadə etdiklərini bildiriblər.


Ramanucan Srinivasa 1887-ci il dekabrın 18-də Hindistanın cənubundakı Cennai şəhərində, Tamil Brahma Ayenqar ailəsində, Mədrəs Prezidentliyində dünyaya gəlib.


Ramanucan qapalı brahman kastasının ciddi ənənələrində böyüyüb. Hələ uşaq ikən o, rəqəm və tənliklərin həllinə maraq göstərib. Dəhşətli dərəcədə məlumat azlığından əziyyət çəkən Ramanucanın əlində riyaziyyata aid heç bir kitab yox idi. 


Ramanucan hələ gənc yaşında olarkən belə, bir çox teorem və düsturları kəşf edib. 14 yaşındakı Ramanucan, Eylerin sinus və kosinus formulunu aşkar edib. Ramanucan ilkin olaraq təcrid vəziyyətində öz riyazi tədqiqatlarını inkişaf etdirib və tezliklə Hind riyaziyyatçıları tərəfindən tanınıb.


1913-cü ildə Kembric universitetinin professoru olan Qodfri Hardi Hindistandan qeyri-adi bir məktub əldə edir. Məktubda naməlum bir gənc universitet bitirmədiyindən, lakin buna baxmayaraq riyaziyyatla məşğul olduğundan bəhs edir. Özünün çox kasıb olduğunu deyən gənc professordan göndərdiyi teorem və düsturları çap etdirməyi xahiş edir.


Hardi bu gənc dahi ilə məktublaşmağa başlayır. Bu məktublaşma nəticəsində professor elmə məlum olmayan 120 düstur əldə edir. Hardinin təkidi ilə Ramanucan 27 yaşında İngiltərəyə köçür.


Lakin İngiltərə iqlimi ona düşərli olmur və tezliklə tuberklyoz xəstəliyinə tutulur. O, uzun müddət xəstəxana və sanatoriyalarda müalicə alır. Lakin bununla belə o işləməyə davam edir. 1919-cu ildə həkimlərin səyi ilə ayağa qalxır. Ramanucan Hindistana qayıtmağı qərara alır. Lakin o növbəti iqlim dəyişikliyinə tab gətirmir və 26 aprel 1920-ci ildə Ramanucan dünyasını dəyişir.


Qısa həyatı boyunca Ramanucan müstəqil olaraq təxminən 3900 nəticə (əsasən hərfli ifadələr və tənliklər) tərtib edib.


O, Səltənət cəmiyyətinin ən gənc ikinci üzvü və ilk hindli üzvü olaraq Kembric Müqəddəs Üçlü Kollecinə seçilib. Hadri, Ramanucanın orijinal məktublarına "bir baxışın" Eyler və Cakobi kimi böyük riyaziyyatçılar ilə müqayisə edilə biləcək dərəcədə bir riyaziyyatçının yaza biləcəyini göstərmək üçün kifayət olduğunu bildirib.


Onun Hadriyə 1920-ci il yanvar ayında yazdığı son məktubları göstərdi ki, Ramanucan hələ də yeni riyazi fikirlər və teoremlər yaratmağa davam edirdi. 

 

Amerikalı riyaziyyatçılar 2013-ci ildə Kembric Universitetinin arxivində Ramanucanın "İtirilmiş qeyd dəftəri”ni  tapdılar. 2015-ci ildə Ramanucan haqqında "Sonsuzluğu Dərk edən İnsan” (The Man Who Knew Infinity) adlı film çəkildi.