Təbiət

Heyvanlar haqqında bunları bilirsinizmi

Pişiklər qaranlıqda istiqaməti müəyyən etmək üçün özlərinin uzun bığlarından istifadə edirlər.

***


İtlər insan qulağının duya bilmədiyi müxtəlif səsləri ayırd edə bilir.

***


Minilliklər boyu pişiklər insanlarla yanaşı yaşamaqdadır. Şəfqətlə oxşandıqda, yumşaq diz üstündə, isti yataqda və ya pəncərə önündə günəşli bir yerə uzandıqda pişiklər dərhal mırıldanmağa başlayırlar. Pişiklər kağızdan düzəldilmiş topun dalınca qaçmağı və karton qutuda gizlənməyi çox sevirlər. Evinizdə pişik varsa, onu sığallayın, həmişə qayğısına qalın.

***


Fillər özlərinin ailə birliklərində yaşayır. Hər gün onlar uzun kilometrlər qət edərək qida və su mənbələri axtarır. Sirk və zooparklarda onları bellərində insan gəzdirmək və ya təhlükəli nömrələr nümayiş etdirmək üçün istifadə edirlər. Qalan vaxtlarda isə bu heyvanları ayaqlarından zəncirlə bağlı tuturlar.

***

Tutuquşuları dimdiklərini ağaca dırmaşmaq üçün əlavə pəncə kimi istifadə edirlər.