Afişa

“İşıqlı kuklalar”

Fevralın 17-də Heydər Əliyev Sarayında uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa “İşıqlı kuklalar şousu” təqdim olunacaq. 


Nikolay Zıkov teatrının təqdimatında Bakıda ilk dəfə keçiriləcək "İşıqlı kuklalar" şousuna göstərilən marağı və çoxsaylı tamaşaçı müraciətlərini nəzərə alaraq 13:00-da başlayacaq seansdan əlavə 16:00 seansının keçirilməsi qərara alınıb. İkinci seansın biletləri artıq satışdadır və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar. Biletlərin qiyməti 10- 50 manat təşkil edir.