Musiqi

Xalq mahnısı. Qaçaq Nəbi

Bozat, səni sər tövlədə bağlaram,
And içirəm, səni məxmər çullaram,
Ay Bozat, çullaram.
Bozat, məni bu davadan qurtarsan,
Qızıldan, gümüşdən səni nallaram,
Ay Bozat, nallaram.
Qoy mənə desinlər, ay nadan Nəbi,
Divanı yerindən oynadan Nəbi.